Ermənistanda seçki məntəqəsində atışma oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda seçki məntəqəsində atışma oldu

Hadisə

20 İyun 2021 14:24 1041


Ermənistanın Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Qeyd edilir ki, insident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. pizza sifarişi

Məlumata görə, “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.

“Silah maddi sübut kimi götürülüb, təhqiqat aparılır”, - polisin məlumatında bildirilir.

Bu gün Ermənistanda uzun müddətdir davam edən daxili ictimai-siyasi böhran şəraitində növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə 21 partiya və 4 seçki bloku iştirak edir. Parlament seçkilərində bir sıra qanunsuzluqlar qeydə alınıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!