Ermənistanda “seçki şousu“: 7 nəfər barəsində cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda “seçki şousu“: 7 nəfər barəsində cinayət işi açıldı

Rəsmi

11 İyun 2021 17:18 1003


Ermənistanda iyunun 20-də baş tutacaq növbədənkənar parlament seçkiləri çərçivəsində gərginlik davam edir. Artıq ölkədə seçki iştirakçısı olan partiyalardan birinin üzvləri ilə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb adı çəkilməyən partiyanın seçicilərə səs qarşılığında rüşvət təklif etməsi olub. Faktla bağlı Ermənistanın Baş Prokurorunun müşaviri Gor Abrahamyan məlumat yayıb. Bildirilib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası, prokurorluğun rüşvət verməkdə təqsirləndirilən bir namizədə qarşı cinayət işi başlanılması barədə vəsatətini qəbul edib.

“Biri seçicilərə rüşvət vermək, altısı isə rüşvət almaq şübhəsiylə daha 7 nəfər barəsində cinayət işi açılıb”,-deyə Gor Abrahamyan qeyd edib. Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!