Ermənistanda seçkiöncəsi gərginlik artır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda seçkiöncəsi gərginlik artır

Rəsmi

06 May 2021 11:32 686


Ermənistanda növbədənkənar parlament seçkilərində iştirak etməyi hədəfləyən bütün siyasi qüvvələr seçki siyahılarını hazırlamaqla məşğuldur.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkədəki hakim siyasi gücün “elita”sı olan Mülki Müqavilə Partiyası da seçki siyahısı hazırlamaqla məşğuldur.

Lakin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan son açıqlamasında bəzi şəxslərin siyahının son hissəsində yer alacağını diqqətə çatdırıb. Bu isə tərəflər arasında gərginliyi bir qədər artırıb. Həmçinin erməni mətbuatı Nikol Paşinyanın siyahıdakı ilk 20 yerə hakimiyyət orqanlarına xidmət edən bir sıra işgüzar dairələrin nümayəndələrini daxil edəcəyini yazıb. Bu faktı iqtidarda olan bəzi millət vəkillərinin istəmədən  qəbul etdiyi bildirilir, çünki əksəriyyəti siyahıda açıq-aşkar “aşağı” yer tutacaq və çox güman ki, parlamentə girməyəcək. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!