Ermənistanda şəhər meri təyyarədən enərkən həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda şəhər meri təyyarədən enərkən həbs edildi

Dünya

29 Oktyabr 2025 01:57 293


Ermənistanın Ararat vilayətinin Masis icmasının başçısı David Ambartsumyan təyyarədən çıxarkən həbs edilib.

Oxu.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə onunla eyni təyyarədə uçan dostu, fəal Narek Malyan bildirib.

Ambartsumyanın olduğu təyyarə axşam saatlarında Moskvadan İrəvana gəlib. Pepperoni pizza

Xatırladaq ki, daha əvvəl İrəvan məhkəməsi Ambartsumyanı 2018-ci ildə etirazçılara qarşı silah işlətməkdə və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilərək, onu qiyabi olaraq altı il üç ay müddətinə azadlıqdan məhrum etmişdi.

Ambartsumyan gizlənməyə hazırlaşmadığını və İrəvana qayıtmaq niyyətində olduğunu bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!