Ermənistanda Sibir xorası yayılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Sibir xorası yayılır

Hadisə

02 İyul 2021 21:54 1558


Ermənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.

Yenisabah.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsindən paylaşılan xəbərdə deyilir:

“Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib”. Toyuqlu pizza

Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərzi ərazisində iyunun 30-da üç sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!