Ermənistanda silahlı insident: rəhbər şəxsləri güllələdilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda silahlı insident: rəhbər şəxsləri güllələdilər

Hadisə

01 May 2021 10:41 2978


Ermənistanda silahlı insident olub. Hadisə gecə saatlarında baş verib. Azvision.az xəbər verir ki, "Erebuni" tibb mərkəzindən polis bölməsinə üç nəfərin güllə yarası, bir nəfərin isə bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Xəsarət alan şəxslər xəstəxanaya qəbiristanlığın yaxınlığından gətirilib.

Hadisə ilə əlaqədar tibb mərkəzinə xeyli sayda müstəntiq və polis əməkdaşı gəlib. İrəvanın polis rəisi Sevan Koçaryan da "Erebuni"də olub. Toyuqlu pizza

Erməni KİV-lərinin yaydığı məlumata görə, güllələnən şəxslər arasında Şenqavit və Malatiya inzibati bölgələrinin rəhbərləri də var. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində avtomat, tapança, gilizlər və qan izləri aşkarlayıb.

Silahlı insidentin detalları hələlik məlum deyil.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!