Ermənistanda sinaqoq yandırıldı - ASALA məsuliyyəti üzərinə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda sinaqoq yandırıldı - ASALA məsuliyyəti üzərinə götürdü

Hadisə

16 Noyabr 2023 08:53 902


Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu (ASALA) İrəvandakı yəhudi icma mərkəzinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, ASALA-nın gənclər qanadı Ermənistanın paytaxtında sinaqoqu yandırıb.

Bu vəhşi hərəkətdən sonra ASALA bəyan edib ki, bununla yekunlaşmayacaq və yəhudi icmasına qarşı növbəti hücum Ermənistandan kənarda həyata keçiriləcək. Marqarita pizza

Bu, Ermənistanda antisemit mövqeyinin ilk nümayişi deyil. Hələ bu ilin oktyabrında ASALA-nın həmin gənclər qanadı sinaqoqun üzərinə maye töküb, şüşələri sındırıb.

Daha sonra ASALA açıq şəkildə müharibə ilə hədələyərək bildirib ki, "Avropa, Amerika, Kanada, Gürcüstanda İsrail yəhudilərinə qarşı müharibə aparacaq". Heç bir İsrail yəhudisi bu ölkələrə gələrkən özünü təhlükəsiz hiss etməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!