Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 9-da imzalanan Qarabağa dair üçtərəfli razılaşma Ermənistanda siyasi böhran yaşadıb.
Yenisabah.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə dekabrın 7-də Ermənistan parlamentində keçirilən dinləmələrdə “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Edmon Marukyan bildirib.
Ermənistanın düşdüyü hazırkı vəziyyətdən çıxış yolu tapmaq üçün keçirilən dinləmələrdə E.Marukyan deyib ki, ölkəsi dərin iqtisadi və sosial böhranla da üz-üzə qalıb. Buna görə də o, çıxış yolu tapmaq məqsədilə açıq müzakirələrin keçirilməsini zəruri sayıb: Marqarita pizza
E. Marukyan dinləmələrdə iştirak etməsi üçün hakim “Mənim addımım” fraksiyasına da dəvət göndərildiyini diqqətə çatdırıb. Bildirib ki, bütün cəhdlərə rəğmən, onlar bu müzakirələrə qatılmaqdan imtina ediblər.
Telegram kanalımız