“Ermənistanda siyasi vəziyyət gərginləşəcək, münaqişə daxildə qızışacaq”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda siyasi vəziyyət gərginləşəcək, münaqişə daxildə qızışacaq” - Politoloq

Siyasət

16 İyun 2020 16:24 668


“Ermənistanda daxili siyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir. “Çiçəklənən Ermənistan” Partiyasının sədri Tsarukyanın tərəfdarlarının etirazı və onun ofisində yoxlamalar keçirilməsi, əsasən, ciddi mətləblərdən xəbər verir. Bu, Paşinyana qarşı qurulan çevriliş planın bir hissəsidir”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, məhz Paşinyanın Baş qərargah, Milli Təhlükəsizlik və polis rəhbərlərini işdən uzaqlaşdırılması, eks-prezident L.T.Petrosyanla təcili görüşü, oliqarx Trasukyanın ofisində yoxlamalar, sabiq DTK sədri Artur Vanetsyanın Paşinyan əleyhinə ardıcıl olaraq tənqidləri gedişatın əsas hissəsidir: 

“Hazırda Artur Vanetsyan Rusiyadan birbaşa idarə olunur. Tsarukyan ilk öncə əhalini üsyana hazırlamalı və prosesi idarə edərək ölkədə hərbi çevriliş edilərək sabiq DTK sədri Artur Vanetsyanın hakimiyyəti ələ keçirməsi mümkün ola bilərdi. Hazırda Paşinyana qarşı ciddi rəqib və Rusiya tərəfindən stavka edilən Artur Vanatesyandır. Məhz güc rəhbərlərinin istefaya göndərilməsi, onların Vanetsyanla əlaqələri və çevrilişin hazırlanması mümkündür. Nikol Paşinyan cəld təpənərək bu siyasi planın qarşısını müvəqqəti almış oldu”.  Marqarita pizza

Ekpert bildirib ki, Ermənistanda Paşinyana qarşı ciddi siyasi mübarizə formalaşır: 

“Belə olan təqdirdə Paşinyanın Qarabağ məsələsində hər hansı bir kompromisə gedəcəyi mümkün görünmür. Paşinyana qarşı formalaşan bu cəbhə Moskva tərəfindən idarə edilərək onun hakimiyyətdən getməsinə hesablanıb. Paşinyan prosesləri ələ ala bilməsə, onun siyasi hakimiyyətinin sonu ola bilər. Əgər proseslərdə qalib çıxsa və Qərblə əməkdaşlığı davam etdirsə, daxili qrupları tam məğlub edə bilsə, danışıqlarda müəyyən güzəştə gedə bilərdi. Amma hazırkı məqamda Ermənistanda siyasi situasiya gərginləşəcək. Siyasi münaqişə daxildə qızışacaq. Bu da Azərbaycana imkan verir ki, öz ərazilərini işğaldan azad etsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!