Ermənistanda son gündə koronavirusa 462 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda 259.007 nəfər koronavirusa yoluxub. Pepperoni pizza
Hazırda 12.235 nəfər müalicə olunur, 240.305 nəfər sağalıb, son gündə 13 nəfər olmaqla, 5.264 xəstə ölüb.
Daha 1 nəfər koronaviruslu digər xəstəliklər ucbatından vəfat edib.
Belə halların ümumi sayı 1203-dir.
Beləliklə, ölənlərin ümumi sayı 6.467-yə çatıb.
Telegram kanalımız