“Ermənistanda türk mallarının satışını qadağan edəcəyik   - Vahan Kerobyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda türk mallarının satışını qadağan edəcəyik - Vahan Kerobyan

Rəsmi

29 Aprel 2021 11:43 814


“Ermənistana Türkiyədən əmtəə idxalına qadağa uzadılacaq”.

Yenisabah.az “Interfax”a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri əvəzi Vahan Kerobyan bildirib.

“Ermənistan Türkiyədən ölkəyə mal idxalına qoyulan qadağanı uzadacaq və ölkədəki satışını qadağan edəcək”. Pepperoni pizza

Nazir əvəzi əlavə edib ki, qonşu ölkədən idxal dolayı yollarla həyata keçirilir.

Kerobyan məhdudiyyətlərin dəqiq tarixini açıqlamayıb.

Türkiyə mallarının idxalına qoyulan qadağa Ermənistanda 31 dekabr 2020-ci ildən bəri qüvvədədir. Ermənistan səlahiyyətliləri bunun təhlükəsizlik səbəbləri və "Türkiyə dövlət xəzinəsinin erməni mənbələrindən maliyyələşdirilməsinin dayandırılması" üçün qəbul edildiyini söyləyiblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!