Ermənistanda Türkiyə bayrağı yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Türkiyə bayrağı yandırıldı

Hadisə

29 Mart 2021 19:42 792


Ermənistanda türk düşmənçiliyi bir daha özünü büruzə verib.

Yenisabah.az xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın jurnalistin Türkiyəni düşmən dövlət olaraq görüb-görməməsilə bağla sualına “Türkiyəyə qarşı münasibətimizi yenidən nəzərdən keçirməliyik” cavabından sonra İrəvanda radikal milliyyətçi “Daşnaksutyun” partiyası tərəfindən etiraz aksiyası təşkil olunub.

Etirazçılar Türkiyə əleyhinə şüarlar səsləndirib, hətta qardaş ölkənin dövlət bayrağını da yandırıblar. pizza mizza

Partiya liderləri Təhlükəsizlik Şurasının Türkiyənin İrəvandakı səfirliyinə çevrildiyini, A.Qriqoryanın da özünü türk səfiri kimi apardığını bəyan ediblər. Onlar bildiriblər ki, Türkiyə ilə siyasi mübarizədə silahı yerə qoymaq uğursuzluğa düçar olmaq deməkdir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!