“Ermənistanda vəziyyət daha pis olacaq“ - İqtisadçı

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanda vəziyyət daha pis olacaq“ - İqtisadçı

Rəsmi

26 Aprel 2022 12:51 498


"Ermənistan yarım ildən sonra Ukrayna münaqişəsinin real iqtisadi nəticələrini hiss edəcək".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.

O, Rusiya-Ukrayna münaqişəsinin dünya bazarlarında ciddi sarsıntılara səbəb olmasına toxunub: Dominos pizza

"Ermənistan bunun nəticələrini artıq müəyyən dərəcədə hiss edir və yaxın bir neçə ildə də hiss etməkdə davam edəcək, çünki iqtisadi fəallıq azalır, kənd təsərrüfatı sektoru da aşağı düşüb".

Suren Parsyanın proqnozlarına görə, bu il Ermənistan iqtisadiyyatında ümumi tənəzzül müşahidə oluna bilər.

“Hakimiyyətin siyasəti üzləşdiyimiz problemləri həll etmir, investisiya siyasəti, antiböhran proqramı yoxdur. Hakimiyyət indi iqtisadi problemlərdən daha çox siyasi problemlərin həllində maraqlıdır. Belə bir şəraitdə hakimiyyət orqanları tez-tez müvafiq idarələrə şişirdilmiş rəqəmləri “sifariş verirlər””.

Ekspert əmindir ki, bütün bunlar olmasa, vəziyyət 2020-ci ildəkindən daha pis olacaq. Ermənistanda dünya iqtisadiyyatının 3 faizlik tənəzzülü fonunda 7,4 faiz azalma olub.

“Dünyada baş verən mənfi tendensiyaları və bizim üçün gözlənilən sarsıntıları nəzərə alaraq, hökumət antiböhran idarəetmə rejiminə keçməlidir”, - deyə o, fikirlərini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!