Ermənistanda COVID-19-a gündəlik 157 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Ümumən koronavirus virusuna yoluxmuş 222.139 nəfər qeydə alınıb. Faktiki olaraq, hazırda 5028 nəfər müalicə olunur, 211.634 nəfər sağalıb, son gündə 6 nəfər əlavə olmaqla, 4.400 xəstə ölüb. pizza sifarişi
Koronavirusu olan daha 2 nəfər “digər xəstəliklərdən” vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1077-dir.
Beləliklə, ölümlərin ümumi sayı 5477 nəfərə çatıb.
Telegram kanalımız