Ermənistanda yeni prezident seçildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda yeni prezident seçildi

Rəsmi

03 Mart 2022 13:04 679


Ermənistan parlamenti bu gün səsvermənin ikinci turunda Vahan Xaçatryanı ölkənin yeni prezidenti seçib.

Yenisabah.az xəbər verir ki, onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələridir.

Birinci turda hakimiyyətdən olan deputatlar yüksək texnologiyalar sənayesin nazirini prezident seçə bilməmişdilər – Xaçatryana 10 səs kifayət etməmişdi. Dördpendirli pizza

İkinci turda seçki üçün tələb olunan daha az sayda səs nəzərdə tutulurdu.

Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot edib.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!