Ermənistanın Sasna-Tsrer partiyası, oktyabrın 1-də Azadlıq Meydanında mitinq keçirəcək. Gündəmdəki əsas məsələ hökumət dəyişikliyidir.
Yenisabah.az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, bu barədə partiya sədri Varucan Avetisyan bildirib:
“Oktyabrın 1-i saat 18:30-da Azadlıq Meydanına gəlin!” Pepperoni pizza
Partiya sədri qeyd edib ki, Sasna-Tsrer yenidən aktiv mübarizəni davam etdirir. Onlar bu mitinqlə bağlı bəyanatda yazıblar:
“Erməni milləti xəyanətkar rejimin önümüzdəki aylarda dövlət tərəfindən dəstəklənən sülh sazişinin imzalamasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidir, hər kəs meydanlara!”
“Xüsusi bir şey dəyişməyib, kifayət qədər sayda vətəndaşın səfərbər edilməsi, Nikol Paşinyanın vəzifədən kənarlaşdırılması və müvəqqəti milli hökumət qurulması lazımdır”
“Bizi bu duruma gətirib çıxaran hökuməti dəyişdirməliyik, sistemi dəyişdirməliyik, uzun müddətdir ki, hökumət dəyişikliyindən məhrum qalmışıq” - deyə Avetisyan cavab verib.
Onun sözlərinə görə, hazırda onlardan başqa heç bir siyasi qüvvə bu mitinqlərə qoşulmayıb:
“Hazırda digər siyasi dairələrdən bu prosesdə iştirak etmək üçün heç bir müraciət yoxdur, əgər varsa, qapımız açıqdır.”
Avetsiyan qeyd edib ki, hazırda indi dövlət sistemi zəifdir:
“Ola bilər ki, Nikol Paşinyan kresloya Serjin yapışdığından daha möhkəm yapışsın, amma biz mütləq istədiyimizə nail olacağıq”
Telegram kanalımız