Ermənistanda son gündə koronavirusa 140 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda koronavirusa yoluxmuş 225.801 nəfər qeydə alınıb. Hazırda 2.866 nəfər müalicə olunur, 217.303 nəfər sağalıb, son gündə 1 nəfər olmaqla, 4.531 xəstə ölüb. Dominos pizza
Bundan başqa, koronavirusu olan daha 1101 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu, ölənlərin ümumi sayını 5.632-yə çatdırır.
Telegram kanalımız