Ermənistanda son gündə koronavirusa 138 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumən Ermənistanda koronavirusa yoluxmuş 226.597 nəfər qeydə alınıb. Hazırda 3.128 nəfər müalicə olunur, 217.810 nəfər sağalıb, son gündə 2 nəfər olmaqla, 4.549 xəstə ölüb. Pepperoni pizza
Koronavirusu olan daha 2 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1110-dur.
Beləliklə, ölümlərin ümumi sayı 5659-a çatıb.
Telegram kanalımız