Ermənistanda zabit zabiti döyür - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda zabit zabiti döyür - Rəsmi açıqlama

Rəsmi

04 Aprel 2022 17:19 600


“Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qərargah rəisi hərbi hissənin zabitlərindən birinə bədən xəsarəti yetirib”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş prokurorun müşaviri Qor Abramyan “Facebook” səhifəsində yazıb:

“Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində dünəndən etibarən mətbuatda qərargah rəisinin mübahisə zəminində hərbi hissənin zabitlərindən birinə bədən xəsarəti yetirməsi barədə məlumatlar dərc olunur. pizza sifarişi

Məlumat üçün bildirməyi zəruri hesab edirəm ki, Hərbi Polisin Martuni İdarəsinə daxil olan əməliyyat məlumatı, habelə Ermənistan Müdafiə Nazirliyinin Vardenis rayonunda yerləşən N saylı hərbi hissəsindən daxil olan məlumat əsasında hadisə ilə bağlı materiallar aprelin 2-də Ermənistan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180-181-ci maddələrinə uyğun olaraq hazırlanmışdır.

Nəticədə, əldə edilmiş faktiki məlumatlar əsasında bu gün, aprelin 4-də Sevan qarnizonunun hərbi prokurorluğunda Ermənistan Respublikası Cinayət Məcəlləsinin 358.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb.

Cinayət işi ibtidai istintaqın aparılması, hadisənin bütün hallarının, habelə hadisənin başvermə səbəblərini obyektiv, tam və hərtərəfli araşdırma yolu ilə müəyyən etmək, o cümlədən aidiyyəti olan şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Ermənistan Respublikası Penitensiar Xidmətinin Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizon İstintaq Bölməsinə göndərilib”

Xatırladaq ki, bu, Ermənistan ordusunda baş verən analoji hal deyil. Belə ki, ötən il də Ermənistan ordusunda əsgərlər, habelə zabit heyəti arasında bu səpkili hadisələr baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!