Ermənistandakı Rusiya hərbçiləri təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandakı Rusiya hərbçiləri təlimlərə başladı

Maraqlı

13 Aprel 2023 10:10 655


Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin (CHD) Ermənistandakı hərbi bazasının Pilotsuz Uçuş Aparatları (PUA) bölməsinin hərbçiləri təlimlər zamanı bir sıra xüsusi tapşırıqları yerinə yetiriblər. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, PUA bölmələri artilleriya bölmələri və xüsusi təyinatlı qruplarla birgə ərazi kəşfiyyatı aparıb və şərti düşmənin yer hədəflərinə atəş açıb. pizza mizza

Mütəxəssislər kəşfiyyat komplekslərinin yerləşdirilməsi, onların hazırlanması, o cümlədən əllə və katapultla işə salınması normalarını təhvil verib, dağlıq ərazinin çətin əldə edilən hissələrində uçuş həyata keçirib, həmçinin, çətin dağlıq şəraitində hava gəmisinin təhlükəsiz eniş bacarıqlarını nümayiş etdiriblər.

Bundan əvvəl Rusiya hərbi bazasının hərbçiləri PUA-ların taktiki-texniki xüsusiyyətləri, hava məkanından istifadə və bölüşdürülmə qaydaları, hava hərəkətinin planlaşdırılması və əlaqələndirilməsi üzrə sınaqlardan keçiblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!