ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Azərbaycana səfər edəcək.
Yenisabah.az “Tert”ə istinadla xəbər verir ki, Bakıya gələnlər arasında, həmçinin, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson da olacaq.
Səfər çərçivəsində Olson bir sıra rəsmi şəxslərlə görüşəcək və aprelin 27-si və 28-də Bakıda keçiriləcək regional missiya rəhbərlərinin illik konfransında iştirak edəcək. Toyuqlu pizza
ABŞ-ın Azərbaycandakı səfirliyinin veridyi məlumata görə, konfransda ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi, USAİD köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa Avrasiya üzrə köməkçisi Qreeq Narden və Qafqaz danışıqları üzrə baş məsləhətçi Endryu Şaffer iştirak edəcəklər.
Telegram kanalımız