“Son vaxtlara qədər bizdə Ermənistanın xarici əlaqələrinin aydın arxitekturası, Rusiya ilə müttəfiqlik əlaqələri var idi və bu heç bir halda bizim Aİ və ABŞ, Çin və İranla dostluq münasibətlərinə mane olmurdu”.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İrəvandakeçirilən “Lazarev klubu”nun iclasında Ermənistanın birinci baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyan bildirib.
O xatırladıb ki, 1990-cı illərin əvvəllərində Ermənistan Türkiyə ilə yolların açılması və s. mövzularda danışırdı. Amma indi hər şey dəyişib və bu, təkcə Ermənistana görə deyil. pizza
“Üç əsas dəyişiklik oldu. Biz müharibəni bacarıqsızlıqla uduzduq, Rusiya, Türkiyə və Azərbaycanın yaxınlaşması, Rusiya ilə Avropa arasında böyük qarşıdurma başladı. Bu, qarşımıza yeni çağırışlar qoyur. Müttəfiqlərlə danışmaq üçün sizin dəqiq müəyyən edilmiş vəzifələriniz olmalıdır”.
V. Manukyan bu vəzifələrə Qarabağ, təhlükəsizlik və ordunun bərpasını aid edib.
“Məncə, indi silah zoru ilə sülh müqaviləsi imzalamaq mənasızdır. Bundan başqa, ərazi məsələsi də var. Anklavlar məsələsini nəzərdən keçirmək ümumiyyətlə axmaqdır, çünki sovet dövründə bir xalqı digərinə qarşı saxlamaq üçün belə mexanizmlər icad edilib. Bir də Sünik məsələsi, dəhliz məsələsi. Mən təkcə dəhlizin əleyhinə deyiləm, Naxçıvandan Azərbaycana Ermənistandan keçən yolun ümumən açılmasının əleyhinəyəm”, - deyə Manukyan iclasda vurğulayıb.
Telegram kanalımız