Ermənistandan daha bir alçaq addım -   Mülki erməniləri qurbana çevirirlər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan daha bir alçaq addım - Mülki erməniləri qurbana çevirirlər

Hadisə

15 Oktyabr 2020 15:08 12988


Hərbi müstəvidəki uğursuzluğunu həzm edə bilməyən Ermənistan rəhbərliyi alçaq üsullara əl atmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, rəsmi İrəvanın göstərişi ilə Dağlıq Qarabağdakı seprataçı rejimin rəhbərliyi mülki əhalinin bölgədən çıxmasını qadağan edib.  Separatçı rejiminin rəhbəri Arayik Arutyunyan sosial şəbəkə hesabında yazıb ki, Dağlıq Qarabağda qalan mülki ermənilərin çıxışının qarşısını almaq üçün göstəriş verib.

Bundan sonra Dağlıq Qarabağı tərk edənlər müharibə qanunları ilə sərt cəzalandırılacaq. Yalnız xüsusi icazə kağızı olanların bölgəni tərk etmələrinə icazə verilir. pizza hut

Beləliklə, separatçı rejim faktiki olaraq mülki əhalini hədəfə gətirmək istəyir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki əhaliyə qarşı hər hansı addım atılmayacaq. Azərbaycan Ordusunun hədəfi Ermənistan silahlı qüvvələri və İrəvanın bölgəyə yerləşdirdiyi terroçu qruplardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!