Azərbaycanın Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra Ermənistandan mühacirət edənlərin sayı artıb. Ermənilərin Qarabağdakı məğlubiyyəti və ölkənin iqtisadi tənəzzülü fonunda kütləvi mühacirət proqnozlaşdırılır. Çünki fevralın 1-də sərhədlərin açılması qərarından sonra Rusiya Federasiyasına təyyarə biletinə tələbat kəskin şəkildə artıb.
Yenisabah.az xəbər verir ki, nəticədə “Sputnik Armenia”nın müxbirləri İrəvanda vətəndaşların xaricə gedib-getmədiklərini və əhalinin xaricə çıxmasının qarşısını almaq üçün dövlətin nə etməli olduğunu öyrənmək üçün bir sorğu keçirib. Bu zaman bəzi Ermənistan vətəndaşları köç etrməyəcəklərini və dostları arasında da belə fikrin olmadığını desə də, “Vətənini uzaqdan sevməyi” seçdiyini deyənlər də az olmayıb.
Bildirək ki, Ermənistanda son günlər müxtəlif kəsimlər arasında ən çox müzakirə olunan məsələ məhz əhalinin kütləvi şəkildə ölkəni tərk etməsidir. pizza hut
Telegram kanalımız