"Dəmir yolu ilə bağlı müəyyən tsəvvürləri formalaşdırdıq".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan oktyabrın 19-da jurnalistlərə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun işi davam edir: Toyuqlu pizza
"Dəmir yolunun blokadadan çıxarılması MDB qanunvericilik bazası əsasında həyata keçiriləcək. Yol əlaqələri və avtomobil marşrutları ilə bağlı problemlər isə hələ müzakirə etməliyik".
Mqer Qriqoryan sabah növbəti üçtərəfli görüşü keçirmək üçün Moskvaya gedəcəyini bildirib:
"İclasın gündəliyi məlumdur. Azərbaycana dəhliz verilməsi məsələsi gündəlikdə yoxdur".
Telegram kanalımız