Ermənistandan rəsmi açıqlama: “Türkiyə ilə ən ali səviyyədə dialoqa hazırıq”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan rəsmi açıqlama: “Türkiyə ilə ən ali səviyyədə dialoqa hazırıq”

Rəsmi

24 Sentyabr 2021 14:30 2847


"Biz bütün bölgədə sülh və sabitliyin qurulması, dinc inkişaf dövrünün açılması zərurətini dəfələrlə bildirmişik”.

Yenisabah.az “Aysor”ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu məntiq çərçivəsində Türkiyə ilə əlaqələri də tənzimləməliyik. Bu tənzimlənmə mərhələli olmalıdır. Əminik ki, həll yollarından biri də Ermənistanla Türkiyə arasında yüksək və ali səviyyədə dialoqdur. Müxtəlif siyasi səviyyələrdə ifadə etdiyimiz kimi, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır və bu istiqamətdə siyasi addımlar atılır”, - deyə Armen Qriqoryan qeyd edib. Sezar pizza

Dağlıq Qarabağın statusu məsələsinə gəlincə, Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Qarabağ məsələsinin həlli üçün yeganə və vacib platforma ATƏT-in Minsk qrupudur.

Armen Qriqoryan əlavə edib: "Azərbaycanın bəyanatlarını başa düşmürük, çünki Qarabağ problemi ərazi mübahisəsi deyil, öz müqəddəratını təyin etmək məsələsidir”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Natsionalnaya Oborona" jurnalına verdiyi müsahibədə deyib: "Əgər Ermənistan Azərbaycana ərazi iddiaları irəli sürməyə davam edərsə, o zaman Ermənistana qarşılıqlı ərazi iddialarından çəkinmək bizim üçün çətin olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!