Ermənistandan Rusiyaya tərs şillə - Ölkəyə buraxmadı 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan Rusiyaya tərs şillə - Ölkəyə buraxmadı 

Dünya

03 İyul 2025 12:15 3547


Ermənistan iyulun 2-dən etibarən Rusiyanın "Əsl Dondurma Zavodu" tərəfindən istehsal olunan "Korovka" brendli dondurmaların ölkəyə idxalını müvəqqəti dayandırıb.

Milli.Az xəbər verir ki, qərar məhsulda koliform bakteriyalarının normadan artıq çıxması ilə əsaslandırılıb.

Qida Təhlükəsizliyi Xidmətinin məlumatına görə, "Eskimo plombir vanilli, şokoladlı krem qlazurunda" adlı məhsul Gömrük İttifaqının texniki reqlamentlərinə uyğun gəlmir. Problemli partiyalarla bağlı satışın dayandırılması, geri çağırılması və məhv edilməsi qərara alınıb. pizza sifarişi

Bundan əvvəl Rosselxoznadzor da iyunun 27-dən Ermənistandan Rusiyaya kəsilmiş güllərin idxalına nəzarəti sərtləşdirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!