“Bütün illüziyalarla vidalaşmalı və bunun labüdlükdən əvvəl son dayanacaq olduğunu anlamalıyıq”.
Yenisabah.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni türkoloq, tarix elmləri namizədi Varujan Geqamyan yazıb.
Onun sözlərinə görə, təslimçi (Nikol Paşinyan – red.) Ermənistan əhalisinin 25% -i tərəfindən yenidən seçilib. İnsanların təxminən 20%-i onun əleyhinə səs verib və 50%-i sadəcə seçkidə iştirak etməyib. “Təslimçinin hakimiyyətdə qalması vəziyyətində zərərin miqyasını təsəvvür etməyən soydaşlarımızın sayı əhəmiyyətli olsa da, ölkə əhalisinin əksəriyyəti türkpərəst Paşinyanın fəlakət olduğunu başa düşür. Ancaq bu, təəssüf ki, qərar qəbul etmə prosesinə təsir göstərmir”. Sezar pizza
Varujan Geqamyanın fikrincə, yaxın aylarda Ermənistan Türkiyə və Azərbaycanla ikinci təslim sənədini imzalayacaq, Qarabağ, Sünik dəhlizi, Tavuş və Ararat bölgələrinin anklav ərazilərini geri alınacaq. “Bunun qarşılığında Ermənistan yalnız yolların açıq olması illüziyası (özünü aldatma) ala biləcək. Çünki düşmənlərimizin tələblərini yerinə yetirdiyimiz müddətcə bu yollar açıq olacaq. Əslində, Ermənistan Türkiyəyə bağlı və yalnız xidmətlər göstərən bir ölkəyə çevriləcəkdir. Bunun ortamüddətli perspektivdə nə demək olduğunu, Gürcüstanın və ya Suriyanın son 20 ildəki təfərrüatlı tarixini oxuyaraq başa düşə bilərsiniz. Təslimçi hökuməti hər hansı bir ciddi və uzunmüddətli inkişaf proqramı həyata keçirmək iqtidarında deyil.
Bundan sonra Ermənistanda müxalifətə müxtəlif səviyyələrdə təzyiqlər artacaq. Tariximiz redaktə ediləcək, bütün müxalif və fərqli fikirdə olan insanlar haqqında ən yeni miflər və yalan hekayələr yenidən yaradılacaqdır. Yalanlar yenə də ictimai müzakirələrdə üstünlük təşkil edəcək. Nəticədə onsuz da artan mühacirət keyfiyyətcə çox ağrılı olacaq. Bir çox bacarıqlı və ən əsası milli düşüncəli insanlar Ermənistanı tərk edəcəklər”.
Telegram kanalımız