Avqustun 31-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüşün başlamasından əvvəl çəkilən foto müzakirələr doğurub. Həmin fotoda Ermənistan baş nazirinin görünüşünü təhlil edən erməni mətbuatı Paşinyanı qorxmuş, gərgin halda Azərbaycan Prezidentinə əl uzatdığına görə tənqid edib.
Sözügedən foto sosial şəbəkədə də müxtəlif fərziyyələr doğurub. Bəziləri bunu Nikol Paşinyanın təbii halı, digərləri isə məğlubiyyət sindromu keçirmiş adam rəyinə istinad ediblər.
Psixoloq Nizami Orucov Yenisabah.az-a açıqlamasında Ermənistan baş nazirinin bədən dilini təhlil edərkən vurğulayıb: Dördpendirli pizza
“İlham Əliyevlə Nikol Paşinyanı müqayisə etmək heç bir məntiqə sığmır. Azərbaycan Prezidentinin keçdiyi təhsil yolu, siyasi karyerası, rəhbər vəzifələrdə uzun illərdə işləməsi, digər tərəfdən də böyüdüyü mühit, tərbiyə aldığı ailənin tamamilə başqa olması onun üstünlüyüdür. Bundan başqa, İlham Əliyev dünya çapında siyasi lider olan Heydər Əliyevin övladıdır, təhsil və karyeradan əlavə də onun məktəbini keçib. Nikol Paşinyan isə həyatı boyu jurnalistikayla məşğul olan, universitetdən son kursdan qovulmuş 2015-ci ildə ilk dəfə ciddi siyasi karyera ilə məşğul olmağa başlayan bir şəxsdir.
Nikol Paşinyanın əksər vaxt belə duruşu aydındır. Amma burda bir məqam var. Müharibənin başlanğıcında Nikol Paşinyan erməni millətinə müraciət edərkən qaməti belə deyildi. Başıdik, daha inamlı, daha əmin idi. Bundan da belə bir nəticəyə gəlmək olar ki, Nikol Paşinyan fərqli situasiyalara uyğun davranış sərgiləyir.
Fotoda İlham Əliyevin əli qabağa uzadılıb. Yəni İlham Əliyev hərəkətdə, dinamikadadır. Bu da özünəinamı, güvənin sübutudur. Üzdəki gülüş arxada qələbənin həzzi təzahürüdür. Bu həm də bu gün və gələcəklə bağlı atılacaq atıla biləcək qərar və addımlarda əminlik hissidir. İlham Əliyevin bədən dili böyük bir məmnunluq hissinin ifadə edir. Yəni situasiyanın nəzarəti İlham Əliyevdə olduğu üçün rahatlıqla əlini qabağa atır.
Paşinyanın isə əli bədənindən ayrılmayıb. Çünki daxilində qorxu, həyəcan hissi keçirmiş ola bilər. Fikir versəniz, dirsəyinin də bədənindən ayrılmadığını görərsiniz. Normal qaydada heç kim belə salam vermir. Boyun hissəsi bədəninə sıxılmış vəziyyətdədir. Sanki donub.
Bu duruşu ilə Paşinyan etməyi düşündüklərindən belə əmin deyil. Buna görə də tarixi və psixoloji kitablara düşə biləcək belə bir foto ortaya çıxır. Bu şəkil əjdaha ilə dovşanın əksidir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız