Ermənistanı Rusiya ilə birləşdirən quru yolu bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı Rusiya ilə birləşdirən quru yolu bağlandı

Hadisə

15 Noyabr 2020 12:58 1358


Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu olan Stepantsminda - Lars magistralı bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi  Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamentinə və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiyadakı Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, fövqəladə vəziyyətlə əlaqədardır. pizza

“Ermənistan Xarici İşlər Nazirliyindən alınan məlumata görə, əcnəbilərin Gürcüstana girişinə qadağa qərarı qüvvədə qalır. Qadağa yük daşınmasına şamil edilmir”, -  - deyə məlumatda bildirilir. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!