Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı 

Maraqlı

05 Fevral 2023 11:50 843


Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb. 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.  pizza

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!