Ermənistanı silahla təmin edən iş adamı barəsində cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı silahla təmin edən iş adamı barəsində cinayət işi başlandı

Hadisə

19 Yanvar 2021 18:09 927


Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyan barəsində cinayət işi başlayıb.

Yenisabah.az-ın verdiyi xəbərə görə, D. Qalstyan Ermənistan Müdafiə Nazirliyinin bir qrup əməkdaşı ilə birgə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Bildirilib ki, bu vəsait müdafiə satınalmaları üçün ayrılıb. Sezar pizza

D. Qaltsyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətə sahibdir. Bu şirkətlər Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. O, İrəvanda "Kalaşnikov" avtomatlarını yığan "Neutron" QHT-nin sahibdir. 

Ümumilikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı Müdafiə Nazirliyi və Baş Qərargahın bir neçə rəsmisi barəsində dörd cinayət işi başlanılıb. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!