Ermənistanı tərk edənlər 50 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı tərk edənlər 50 faiz artıb

Rəsmi

25 Avqust 2021 21:49 1211


2021-ci ilin iyul ayında Ermənistanın iki hava limanında (“Zvartnots” və “Şirak”) sərnişin axını (gedən və gələnlərin ümumi sayı) 300 951 nəfər olub.

Yenisabah.az bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.

Məlumata görə, iyul ayında “Zvartnots” hava limanında sərnişin axını 292 674 nəfər, “Şirak” hava limanında isə 8277 nəfər olub. pizza sifarişi

Bu ilin iyul ayında hava yolu ilə gələn şəxslərin sayı (iki hava limanının məlumatları nəzərə alınmaqla) 158.999, gedənlərin sayı isə 141.952 olub.

Xatırladaq ki, 2021 -ci ilin iyununda Ermənistanın iki hava limanında sərnişin axını 200 534 nəfər olub. Bu da iyul ayında sərnişin axınının 50% artdığını göstərir./Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!