Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alanların sayı artır 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alanların sayı artır 

Dünya

04 Fevral 2021 10:52 778


Son 3 il ərzində Ermənistanın təxminən 82 min vətəndaşı Rusiya pasportunu alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, 2018-ci ildə 27 min nəfərdən çox erməni Rusiya Federasiyasının pasportlarını alıb. 2019-cu ildə 24 min nəfər erməni Rusiyanın vətəndaşı olub. 2020-ci ildə isə bu göstərici bir qədər də artıb. Belə ki, ötən il təxminən 31 min nəfər erməni Rusiya Federasiyasında vətəndaşlıq alıb. pizza hut

Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya üzrə statistik məlumatlarına əsasən, 2020-ci ildə ümumilikdə 656,3 min əcnəbi bu ölkənin vətəndaşlığını alıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!