Ermənistanın böyük səhvi: İfşa davam edir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın böyük səhvi: İfşa davam edir

Siyasət

23 İyul 2020 17:20 1820


Ermənistanın 12 iyuldan başlayan hərbi təxribatlarından sonra dünyanın bir çox ölkələrində azərbaycanlı fəallar dinc aksiyalar keçirməyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, soydaşlarımız keçirdiyi aksiyalarda Ermənistanın təcavüzkar siyasətinə dinc şəkildə etiraz edilir. 

12 iyul təxribatından sonra rəsmi İrəvanın Qarabağla bağlı siyasətinin mahiyyəti bütün çılpaqlığı ilə üzə çıxıb. Artıq beynəlxalq miqyasda da başa düşməyə başlayıblar ki, Ermənistan sülh danışıqlarında səmimi deyil və Azərbaycanın işğal etmiş ərazilərini geri qaytarmaq niyyəti yoxdur. Əksinə, Tovuz istiqamətində hərbi əməliyyatlara başlamaqla yeni ərazilər işğal etməyə cəhd göstərir.  Dominos pizza

Ermənistan ifşa olunduğunu görüb Azərbaycanın xarici ölkələrdəki diaspor təsisatlarının təşkil etdiyi dinc aksiyalarda təxribatlar törətməyə başlayıb. Eyni zamanda müxtəlif ölkələrdəki ermənilər Azərbaycanın səfriliklərinə hücumlar təşkil edir, buna qarşı çıxan azərbaycanlılara fiziki zor tətbiq etməkdən belə, çəkinmirlər. Bunun bariz nümunəsi Belçikanın paytaxtı Brüsseldə və ABŞ-ın Los-Anceles şəhərində baş verənlərdir. Xüsusilə, Los Ancelesdə baş verənlər beynəlxalq medianın da diqqətini cəlb edib. Amma təəssüf ki, ABŞ-ın bəzi nəşrləri Los-Ancelesdə azərbaycanlılara qarşı erməni hücumunu qərəzli şəkildə işıqlandıraraq, erməni tərəfinin mövqeyini təfərrüatı ilə verir, azərbaycanlı etirazçılara qarşı zorakılığa görə məsuliyyət barədə isə susur.

Buna rəğmən, Türkiyənin nüfuzlu media quruluşları əsl həqiqəti beynəlxalq aləmə daşıyır. Bu sırada ələxsus Fox TV kanalının adını çəkmək olar. Telekanal öz  hesabatında qeyd edib ki, erməni mövqeyi kənardan, o cümlədən Los-Angeles merindən də geniş dəstək tapıb.

Eyni zamanda, telekanal qeyd edib ki, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan bu göstərici ilə dünyada ən çox zərər çəkən ölkələrindən biridir.

Buna paralel olaraq, ingilisdilli türk mediası son hadisələrə dair bir sıra nəşrlərlə Azərbaycana dəstək verib. Məsələn, “Daily Sabah” Los-Ancelesdə erməni millətçilərinin azərbaycanlılara qarşı zorakılığı barədə məqalə dərc edib, başqa bir materialda isə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimlə reportajını yayımlayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!