Ararat Mirzoyan iddia edir ki, "Ermənistanın 200 kvadratkilometr ərazisi Azərbaycanın nəzarəti altındadır". Söhbət işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində Ermənistanın nəzarətinə keçən ərazilərdən gedir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib. O bildirib ki, bu, təxminən İrəvan şəhərinin ərazisi (230 kv.km) qədərdir.
“44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi ilə həmin ərazilərə nəzarət bərpa olunub. Bu, təxminən İrəvan şəhərinin ərazisi (230 kv.km) qədərdir. Erməni mediası da Mirzoyanın iddiasını "Azərbaycan İrəvan boyda əraziyə nəzarət edir" qeydi ilə tirajlayıb”. pizza hut
Telegram kanalımız