Ermənistanın cənub sərhədləri Azərbaycan və Rusiyanın nəzarətinə keçir - İrəvan şokda

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın cənub sərhədləri Azərbaycan və Rusiyanın nəzarətinə keçir - İrəvan şokda

Siyasət

04 İyun 2024 09:10 3472


Zəngəzur dəhlizinin açılması Azərbaycan və Rusiya arasında yeni sövdələşmənin mahiyyəti ola bilər: Rusiyanın Qarabağdan qoşunlarını çıxarması müqabilində (Azərbaycan rəhbərliyinə böyük daxili qələbə qazandıran bu addım - Tomas de Vaal) Azərbaycan Ermənistanın cənubundan keçən marşrut üzərində Rusiyanın təhlükəsizlik nəzarəti ilə razılaşa bilərdi. 

Axar.az xəbər verir ki, bu sözləri ingilis politoloq, qafqazşünas Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc edilən qalmaqallı və mübahisəli analizində bildirib. 

“Əgər belə bir plan həyata keçərsə, bu, Ermənistanın cənub sərhədinin Azərbaycan və Rusiyanın koordinasiyalı şəkildə ələ keçirilməsi demək olardı. Bu, həm Ermənistan, həm də Qərb üçün kabusdur. ABŞ və onun Qərb müttəfiqləri Rusiyanın İranla arzu olunan quru yolu və dəmir yolu əlaqəsi yaratmaq istiqamətində böyük addım atacağını görəcəklər. Üstəlik, Ermənistanın Rusiya və Azərbaycanın hərəkətlərinə müdaxilə etmək imkanı yoxdur”, - o qeyd edib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!