“Ermənistanın gələcəyi çox qaranlıq görünür“ -    David Şahnazaryan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın gələcəyi çox qaranlıq görünür“ -  David Şahnazaryan

Dünya

08 Dekabr 2020 17:46 1444


"Nikol Paşinyan könüllü olaraq istefa verməli və yeni hökumət formalaşmalıdır. Əks təqdirdə, Ermənistanın gələcəyi çox qaranlıq görünür".

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, səfir David Şahnazaryan deyib.

O bildirib ki, hər şeydən əvvəl Ermənistanın təhlükəsizliyi təmin olunmalıdır. Hazırda ölkədə bütün sahələrdə böhran baş verir. Ordu dağıdılıb, sosial-iqtisadi və siyasi böhranlar getdikcə dərinləşir. Bunlarla yanaşı, cəmiyyətdə psixoloji problem də meydana gəlib. İnsanların sabahkı günə inamı yoxdur. Sezar pizza

Ermənistan dövlətçiliyi böyük təhlükə altındadır. Ona görə də yeni hökumət formalaşdırmaq və buraxılan yanlışlıqları düzəltmək lazımdır.

D.Şahnazaryan baş nazir N.Paşinyanı satqın, bacarıqsız və qorxaq adlandırıb. O diqqətə çatdırıb ki, N.Paşinyan istefa verməsə, Ermənistanda qarşıdurma daha da artacaq. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!