"Ermənistan öz hava məkanını bağlamayıb, öz növbəsində, təhlükəsizlik riskinin qiymətləndirilməsinin aparıldığı 44 günlük müharibə istisna olmaqla, Azərbaycan da öz hava məkanını erməni daşıyıcılarına bağlamadı".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
O, Azərbaycanın AZAL şirkətinin təyyarəsinin Bakı-Naxçıvan marşrutu üzrə Ermənistanın hava məkanı üzərindən uçuşuna toxunaraq deyib: Pepperoni pizza
“Məhdudiyyətlər uçuş təhlükəsizliyi ilə bağlıdır. Hava sahəsinin konkret olaraq bağlanması üçün heç bir addım atılmayıb.
Tatevik Revazyan "Niyə əvvəllər uçuşlar yox idi" sualına belə cavab verib: “2014-cü ilə qədər azərbaycanlılar Bakı-Naxçıvan marşrutu da daxil olmaqla, hər gün uçurdular. Sonra uçuşları dayandırmaq qərarına gəldilər, indi də bərpa etməyə qərar veriblər. Biz Azərbaycanın hava məkanından istifadə etmirik, çünki kommersiya baxımından təsirsizdir".
Baş nazirin keçmiş müşaviri, aviasiya mütəxəssisi Akop Çaxaryanın 2000-ci illərdə Ermənistan Mülki Aviasiya Baş İdarəsinin öz qərarı ilə Azərbaycan təyyarələri üçün Ermənistanın hava sahəsini bağladığı iddiasına gəlincə, Komitə rəhbəri qeyd edib:
“Cənab Çaxaryanın reallıqdan uzaq olan belə bir açıqlamanı niyə verdiyini bilmirəm. Komitənin aparatına müraciət edərək səhv edib-etmədiyimizi, 2000-ci illərdə buna bənzər bir şeyin olub-olmadığını soruşdum, amma bu məlumat təkzib edildi.
2000-ci illərdə Azərbaycan aviaşirkətləri hətta 10-15 uçuş həyata keçirirdilər. Belə bir problem yox idi. Hətta bizim daşıyıcılarımız da Azərbaycan ərazisindən istifadə edərək Orta Asiyaya uçuşlar həyata keçirirdilər ”.
Bu təyyarələrin silah daşıyıb-daşımadığına dair sualı Revazyan belə cavablandırıb: “Bu təyyarədə kimin və hansı yükün olduğunu bilmirik, amma beynəlxalq hüquqa görə, heç kimin mülki təyyarə ilə silahın daşımaq haqqı yoxdur".
Komitə rəhbərinin sözlərinə görə, Ermənistanın hava sahəsindən istifadə edəcəyi təqdirdə, Azərbaycan təyyarənin ağırlığından asılı olan məbləğ ödəməli olacaq:
"Təxminən 3 ay ərzində öyrənəcəyik, məbləği Brüsseldə yerləşən "Eurocontrol" yığır".
"İran Azərbaycan təyyarələri üçün hava məkanını bağlayıb, lakin həmin gün Ermənistan-hava məkanı vasitəsilə Bakı-Naxçıvan reysi həyata keçirilib . Bunun nə demək olduğunu, bunun İrana qarşı bir addım kimi qiymətləndirilə biləcək" sualına Revazyanın cavab qısa olub: "İran Azərbaycan mülki təyyarələri üçün hava sahəsini bağlamayıb".
O, işə mane olduğu üçün aviasiya ilə bağlı saxta xəbərlər yaymamağa çağırıb. Ermənistan Beynəlxalq Mülki Aviasiya Komitəsinin rəhbəri deyib: "Beynəlxalq mülki aviasiya, heç bir ayrı-seçkilik yanaşmasına və hava sərhədimizi heç bir ölkə ilə bağlamağa haqqımız olmadığını açıq şəkildə bildirir".
Telegram kanalımız