“Ermənistan cəbhə bölgəsində atəşkəsdən istifadə edərək Qarabağa üçüncü yol çəkir. Ermənistanın Qafan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol əlbəttə ki, hərbi təyinatlı olmaqla yanaşı, Araz boyu ərazilərin məskunlaşmasına hesablanıb”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, Minsk qrupu formatı çərçivəsində danışıqlarda ətraf rayonların boşaldılması müzakirə olunursa, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqlar davam edirsə, işğalçı ölkə bu yolu çəkməklə həll variantlarını qəbul etmədiyini və əraziləri boşaltmağa maraqlı olmadığının göstərir:
“Ermənistan rəhbərliyi qeyd edir ki, danışıqlar masasında heç bir həll varinatından söhbət gedə bilməz və özünün şərtləri var. Belə olan təqdirdə əlbəttə ki, Ermənistan işğal olunmuş əraziləri məskunlaşdıracaq. Ermənistan ümumiyyətlə, Minsk qrupu formatında ona görə maraqlıdır ki, bu format işğalın davam etməsinə zəmin yaradır. Azərbaycana bu format, yalnız ölkəmizin öz ərazilərini boşaltmasına hesablanıb. Danışıqların getdiyi bir məqamda, ortada həll variantı varsa, Ermənistana bu imkan tanınmamalıdır. Qafan -Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir. Görünür, Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Ermənistan üçüncü yolu çəkməklə birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə bu infrasturukturu qurmaqla həm də humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır. Aparılan danışıqlar heç bir nəticə vermir. Rusiya prosesi dondurub. Ötən həftə Rusiya XİN elan etdiyi "Qarabağ münaqişəsi uzun çəkdi" açıqlaması, əsasən, manipulyasiya xidmət edir”. pizza sifarişi
Ekspert diqqətə çatdırıb ki, ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin Tərtərdə verdiyi mesajlar Ermənistanda və qondarma rejimdə müharibəyə hazırlıq kimi xaraketirzə edilərək narahatlıq doğurur:
“Bundan əlavə, Azərbaycanın mütəmadi hərbi təlimləri, yeni silahlar əldə etməsi Ermənistanda ciddi şəkildə təhdid kimi qəbul olunur. Əlbəttə ki, proseslər yeni savaşı tətikləyir. Ermənistanın hazırkı siyasəti buna doğru aparır. Nəticə çıxaran dövlət məhz işğalçı ölkə olmalıdır. Rəsmi Bakı ATƏT Minsk qrupu qarşısında tələblər qoymalıdır. Birinci, danışıqlar getdiyi bir fonda Ermənistan işğal olunmuş ərazilərdə heç bir infrasturuktur layihələr həyata keçirməməlidir. İkinci, Ermənistan konkret yenilənmiş “Madrid prinsiplərini" qəbul etməsini elan etməlidir. Üçüncü, mərhələli həll planına uyğun olaraq addımlar atmalıdır. Dördüncü, məskunlaşma siyasətinə son verməlidir. Əgər bunlar yerinə yetirilməsə, Azərbaycan danışıqlar prosesindən çəkilir və hərbi təzyiqlərə keçir. Çünki danışıqlar prosesində Ermənistan heç bir addım atmır, danışıqlar görüntü xarakter daşıyaraq yalnız atəşkəsin qorunmasına hesablanır. Bu da Ermənistanın maraqlarına xidmət edir”.
Politoloq hesab edir ki, Azərbaycan artıq hərbi təzyiqlərə əl atmalıdır ki, Ermənistan Qarabağda infrasturuktur layihələr və yol çəkilişinə gedə bilməsin. Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qaşısını almaq gücündədir.
Telegram kanalımız