Ermənistanın hücumları nəticəsində 10 uşaq həlak olub   - 32 uşaq yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın hücumları nəticəsində 10 uşaq həlak olub - 32 uşaq yaralanıb

Hadisə

27 Oktyabr 2020 12:45 974


“Azərbaycan uzun illərdir işğaldan əziyyət çəkir. Bir aydır Azərbaycan Ordusu əks-həmlə əməliyyatını keçirir. Ordumuz uğurlar qazanıb”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda qeyd edilən “Kəşmirin qara günü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu müddət ərzində həm də beynəlxalq hüquqa hörmət edən ölkələri tanıyıb ki, onlardan biri də Pakistandır: “Pakistan bu ədalət mübarizəsində Azərbaycanı dəstəkləyir”. pizza sifarişi

Ombudsman qeyd edib ki, bu bir ay ərzində Ermənistan ordusunun davamlı və intensiv şəkildə Azərbaycanın mülki əhalisini hədəf alması nəticəsində 10 uşaq həlak olub, 32 uşaq yaralanıb və bir neçə uşaq hər iki valideynini itirib: “Əfsuslar olsun ki, dünya bu ədalətsizliyə hələ də göz yumur. Ancaq inanırıq ki, ədalət zəfər çalacaq”. APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!