Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı

Siyasət

30 Dekabr 2024 17:02 794


Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Rusiyanın paytaxtı Moskvada saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə RBC-yə Daxili İşlər Nazirliyinə yaxın mənbədən məlumat verilib.

Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. pizza hut

Qeyd edək ki, Karapetyanın 57 yaşı var. O, 2018-2021-ci illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri olub. 2021-ci ilin aprel-iyul aylarında Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb, sonra iki həftə müdafiə nazirinin birinci müavini, avqustun 2-də isə müdafiə naziri təyin edilib. A.Karapetyan üç ay sonra vəzifəsindən azad edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!