Ermənistanın kürd əsilli muzdluları orduya cəlb etdiyi təsdiqləndi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın kürd əsilli muzdluları orduya cəlb etdiyi təsdiqləndi - Video

Hadisə

23 Oktyabr 2020 13:12 2989


Erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib.

Yenisabah.az xəbər verir ki, Mikaelyan Albert Yervandi 7 sentyabr 2001-ci il tarixdə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olduğunu deyib.

“2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”, - deyə A. Mikaelyan bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!