“Ermənistanın lideri ilə yaxşı münasibət qurmağa məcburam“ - Araik Arutyunyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın lideri ilə yaxşı münasibət qurmağa məcburam“ - Araik Arutyunyan

Rəsmi

23 İyun 2021 10:11 1899


Ötən gün Xankəndində mitinq təşkil edən Araik Arutyunyan seçki günü “Müki Müdafiə” Partiyasının qərargahına nə üçün getdiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, qondarma rejimin başçısı Ermənistanın lideri ilə yaxşı münasibət qurmağa məcbur olduğunu vurğulayıb.

“Mən yalnız Dövlət Dumasının qərargahında olmadım, həm də Qagik Tsarukyan, Hrant Baqratyan, Edmond Marukyan, Aram Sarkisyan, Samvel Babayan və başqaları ilə görüşdüm. Siyasi bitərəfliyi qorumuşam və bütün iclasları səsvermədən sonra keçirmişəm, sadəcə jurnalistlərlə Dövlət Dumasının qərargahında qarşılaşdım”,-deyə separatçı qeyd edib.   pizza

Arutyunyan bütün erməni siyasi qüvvələrini Ermənistanın gələcəyini müzakirə etmək üçün Qarabağa dəvət edib. O, son zamanlarda Ermənistan və separatçılar arasındakı münasibətlərin spekulyasiyalara səbəb olduğuna dilə gətirib.

“Ermənistanla qarşılıqlı əlaqə olmadan 35 min vətəndaşın sosial problemlərinin həllinin mümkün ola biləcəyini düşünürsünüz? Bu problemə görə Ağdərə və keçmiş Şaumyandakı onminlərlə vətəndaşımızı ölkəmizdə yaşamaqdan məhrum etdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!