Ermənistanın milli valyutası ucuzlaşır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın milli valyutası ucuzlaşır

Dünya

28 Sentyabr 2020 16:43 1303


Azərbaycan və Ermənistan arasında gedən hərbi əməliyyatlar fonunda qonşu ölkənin milli valyutası – dram ucuzlaşmağa başlayıb.

Yenisabah.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hazırda Ermənistanda 1 ABŞ dolları 481,66 drama bərabərdir ki, bu da ötən günlə müqayisədə 0,39 dram çoxdur. Dram digər xarici valyutalar qarşısında da dəyər itirib. Dominos pizza

Belə ki, Ermənistanda avronun məzənnəsi 0,5 dram artaraq 565,55 drama, ingilis funt sterliqinin məzənnəsi isə 6,76 dram artaraq 624,12 drama çatıb.

Əvəzində qonşu ölkədə Rusiya rublu bir qədər ucuzlaşıb. Rublun məzənnəsi 0,12 dram azalaraq 6,16 drama düşüb. “Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!