Ermənistanın müdafiə naziri Zəngəzura gəlir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın müdafiə naziri Zəngəzura gəlir

Rəsmi

09 İyul 2022 09:57 1650


Ermənistanın müdafiə naziri Suren Papikyan sabah, iyulun 10-da Zəngəzur bölgəsinə gələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.

Qeyd edilib ki, səfərin məqsədi son günlər sərhəddə yaşanan gərginlikdən deyil, partiyadaxili məsələlərdən qaynaqlanır. Toyuqlu pizza

Məsələ burasındadır ki, Qafanda hakim “Vətəndaş müqaviləsi” partiyasının şurası seçiləcək. Şura sədri vəzifəsi uğrunda qızğın rəqabət gözlənilir. Nazirin məqsədinin Zəngəzur bölgəsindəki partiyadaxili gərginliyi nəzarətə almaq olduğu bildirilir.

Məlumatlara görə, hakimiyyətdaxili qruplar Zəngəzur bölgəsinə nəzarət uğrunda rəqabətdədirlər. Papikyanın baş nazirin tapşırığı ilə əyalətə gedəcəyi qeyd olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!