2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib.
Yenisabah.az Apasport-a istinadla xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası yarış təşkilatçılığına 3 namizəd arasında seçim edib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri - Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.
Son qitə çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Dominos pizza
Telegram kanalımız