Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan sərhədində vəziyyət mürəkkəbləşir. Ötən gün “Qarabağ canisi” kimi tanınan, Ermənistanın keçmiş hərbçilərindən və siyasətçilərindən olan Sasun Mikayelyan sərhədboyu ərazilərə səfər edib. Mikayelyan, rəhbərlik etdiyi, Birinci Qarabağ Müharibəsi dövründə yaradılan, hazırda da fəaliyyətini davam etdirən və 10 mindən çox silahlı üzvü olan Yerkrapa birliyinə səfər edib.
Maraqlıdır, İkinci Qarabağ savaşında yekəxana bəyanatları ilə gündəmə gəlsə də, döyüşlərdən qaçıb ölümün pəncəsindən canını güclə qurtaran S.Mikayelyanın sözügedən ərazilərə baş çəkməsinin altında hansı səbəblər yatır? Hər iki dövlətin sülh müqaviləsi imzalamağa hazırlaşdığı bir dönəmdə qarşı tərəf sözdə sülh deyib Azərbaycana oyun qurur?
Yenisabah.az ekspertlərin fikrinə əsaslanaraq, xəbər verir ki, Baş nazir Nikol Paşinyanın Sasun Mikayelyanı sözügedən silahlı qruplaşmanın rəhbərliyinə gətirməsinə səbəb onun Paşinyana sədaqəti və I Qarabağ Müharibəsində qazandığı nüfuzdur. Paşinyan bu təşkilatın özünün nəzarətində olması üçün Mikayelyanı bu qruplaşmaya rəhbər təyin edib. Siyasi təhlillər göstərir ki, “Yerkrapa” təşkilatının xarici amillərin təsirinə məruz qalması və daxili siyasətdə Paşinyana müəyyən problemlər yaratması ehtimalı Baş naziri bu addımı atmağa sövq edib. Toyuqlu pizza
Ekspertlər düşünür ki, Ermənistan bu addımı atmaqla həmçinin, Azərbaycana güc nümayiş etdirməyə çalışır. Təşkilatın terror törətmə ehtimalını nəzərə aldıqda, Ermənistanın müəyyən təxribatlara yenidən əl atması istisna sayılmır. Hərbi ekspertlərin fikrincə, real döyüş zamanı həmin silahlı qruplaşmanın üzvləri fiziki gücünə və döyüş hazırlığına görə hər hansı böyük bir risk daşımasa da, hazırkı vəziyyətdə bir sıra təxribatlara yol vermələri gözardı edilə bilməz.
Sülh müqaviləsi barədə danışıqlar gedən bir vaxtda bu cür addımların atılmasının nəticələrinin heç də yaxşı olmadığını vurğulayan ekspertlər qeyd edir ki, həmin məsələ müzakirə zamanı qarşı tərəfin rəhbərliyinin diqqətinə çatdırılmalıdır.
Aytac Şahin
Telegram kanalımız