Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

Rəsmi

26 Fevral 2021 00:31 888


Ermənistan prezidenti Armen Sarkisyan hər hansı təzyiq altında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ətrafında yaranmış vəziyyətlə əlaqədar hərəkət etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Aparatında bildiriblər.

"İndiki vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməyə çalışmamalıdır. Prezidentə istənilən təzyiq cəhdləri yolverilməzdir”, - xəbərdə deyilir. Toyuqlu pizza

Prezident Aparatında qeyd ediblər ki, Armen Sarkisyan "kiminsə və ya hər hansı siyasi gücün tərəfini tutmur".

"Prezident öz funksiyalarını həyata keçirərək, yalnız dövlətin və xalqın maraqlarını rəhbər tutur", - bəyanatda qeyd edilir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!