Ermənistanın qadınlardan ibarət milli futbol komandası dünya çempionatının seçmə mərhələsinin 7-ci turunda Polşa yığması ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, Qdınyada keçirilən görüşdə erməni futbolçular 0:12 hesabı ilə məğlub olub.
Ermənistan komandası F qrupunda 7-ci məğlubiyyətini alıb və sonuncu pillədə qərarlaşıb. pizza
Artak Adamyanın rəhbərlik etdiyi komanda 7 oyunda 58 qol buraxıb və bir dəfə də olsun rəqib qapılara yol tapa bilməyib.
Polşa millisi isə 14 xalla üçüncü yerdə qərarlaşıb.
Cavad Salmanli
Telegram kanalımız